11 C
Baku
Tuesday, November 19, 2024

“Boeing” böhranın öhdəsindən gəlmək üçün $15 mlrd. cəlb etməyi düşünür

“Boeing” böhranın öhdəsindən gəlmək üçün səhm satışı yolu ilə 15 milyard dollar cəlb etməyi planlaşdırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qərar şirkətin davam edən tətil nəticəsində daha da pisləşən maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

Şirkət çərşənbə axşamı bildirib ki, səhmlərin və borcların satışı vasitəsilə 25 milyard dollara qədər vəsait cəlb edə bilər. Mənbələrdən biri qeyd edib ki, hətta 15 milyard dollar “Boeing”in mövcud böhranlarını həll etmək üçün kifayət etməyə bilər.

Oktyabrın 16-da Nyu-York Fond Birjasında “Boeing”in səhmlərinin qiyməti 154.9 dollar (+1.67%) olub. 2024-cü ildə onların dəyəri 40%-dən çox azalıb, “Reuters” qeyd edir.

Son xəbərlər
Digər xəbərlər