18 C
Baku
Sunday, September 8, 2024

“Boeing” Hindistanda zavod tikəcək

“Boeing” korporasiyası Hindistanda sərnişin laynerlərini yük təyyarələrinə çevirəcək zavod tikməyi planlaşdırır.

Reuters agentliyi bu barədə kompaniyanın inkişaf üzrə direktoru Mark Allenə istinadla məlumat yayıb.

Həmin müəssisə Hindistandan “Boeing” təyyarələrinin tədarük zəncirini tamamlayacaq və bu ölkənin qlobal yükdaşımaları mərkəzinə çevrilməsinə kömək edəcək. Mark Allen zavodun nə zaman inşa olunacağını və yatırılacaq investisiyanın həcmini açıqlamayıb.

Hazırda “Boeing” Hindistanda mövcudluğunu genişləndirmək siyasəti yürüdür. Kompaniya fevral ayında elan edib ki, ehtiyat hissələri üçün logistik mərkəzin qurulmasına 24 milyard dollar ayırmaq niyyətindədir. Eyni zamanda, “Air India” aviaşirkəti “Boeing” və “Airbus” korporasiyasından rekord həcmdə – 100 milyard dollarlıq 500-ə yaxın təyyarə almaq üçün sifariş verib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər