17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

“Boeing” iki ildə ilk dəfə rüblük mənfəət əldə edib

Screen Shot 2021 09 02 at 14.34.20

Aviainşaat korporasiyası “Boeing” ardıcıl altı rübdə ilk dəfə mənfəət əldə edib. 2021-ci ilin ikinci rübündə şirkətin mənfəəti 567 milyon dollar təşkil edib.

Banker.az “Vedmosti”yə istinadən xəbər verir ki, bu barədə yayımlanan hesabatda deyilir.

Bildirildiyi kimi, bu, kommersiya təyyarələrinin tədarükünün artması nəticəsində baş verib, çünki bütün aviaşirkətlər pandemiya tənəzzülündən sonra sərnişin axınını bərpa edir.

Kommersiya təyyarələri şöbəsinin gəliri əvvəlki illə müqayisədə təxminən 270% artıb və 6 milyard dollara çatıb. “Boeing”in mənfəəti 44% artaraq 17 milyard dollar təşkil edib. Səhm başına mənfəət 40 sent olub.

Kommersiya təyyarələrinə olan tələbatın azalması səbəbindən pandemiya dövründə “Boeing”in müdafiə sektorunun gəlirləri 4% artaraq 6.9 milyard dollara yüksəlib.

Xatırladaq ki, keçən il “Boeing” 2021-ci ilin sonuna qədər iş yerlərini 130 minə endirəcəyini açıqlamışdı. Hal-hazırda təyyarələrə tələbatın artması səbəbindən şirkət işçi sayını 140 min nəfər səviyyəsində saxlayır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər