20 C
Baku
Saturday, October 12, 2024

“Boeing” işçilərinin 10 faizini ixtisar edəcək

ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası biznesdəki çətinliklər səbəbindən işçi qüvvəsinin təxminən 10 %-ni ixtisar etməyə qərar verib.

Bu barədə şirkətin saytında məlumat verilib.

“Növbəti aylarda ümumi işçi qüvvəmizi təxminən 10 % azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, – korporasiyanın icraçı direktoru və prezidenti Kelli Ortberq deyib.

O, şirkətin “çətin vəziyyətdə olduğunu” və “maliyyə reallığına uyğun” işçi qüvvəsi səviyyəsini “tənzimləməli” olduğunu qeyd edib. Ortberq həmçinin “777X” və “767 Freighter” proqramı təyyarələrinin istehsalında gecikmələr barədə açıqlama verib.

“Biznesimizin vəziyyəti və gələcək bərpamız sərt tədbirlər tələb edir”, – şirkətin prezidenti bildirib.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər