ABŞ-ın “Boeing” korporasiyası planlaşdırılan 10 mlrd. dollar əvəzinə banklardan 12 mlrd. dollar məbləğində kredit cəlb edib.
Şirkət əlavə maliyyələşdirmə ilə əlaqədar banklarla danışıqlar aparıb. Nəticədə, “Boeing” korporasiyası “BoFa”, “Citigroup”, “JPMorgan Chase”, “Wells Fargo” və “Morgan Stanley” ilə kredit şəklində olan maliyyələşdirmənin iki il təxirə salınmış geri ödəmə müddəti uzatmaq şərti ilə uzanmasına nail olub.
Bundan əvvəl mütəxəssislər yeni kredit məbləğinin hətta 5 mlrd. dollar səviyyəsində olacağını qiymətləndirdi.
Qeyd edək ki, “Boeing 737 MAX” təyyarələrinin istismara qaytarılması yenidən gecikir və bu da şirkətin xərclərini artıra bilər. Bununla yanaşı, ötən həftə üzə çıxan proqram təminatı ilə bağlı problemi həll etmək üçün də vəsait lazım olacaq.
©APA