“Boeing” aviaşirkətinin problemləri ABŞ-ın iqtisadiyyatına baha başa gəlib. Boeing 737 MAX uçuşlarının qadağan edilməsi, ikinci rübdə ÜDM-un 0,4% artmasına gətirib çıxarıb.
Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın Maliyyə Nazirliyi məlumat verir.
Xatırladaq ki, 2018-ci ilin noyabrında və 2019-cu ilin martında daha bir 737MAX təyyarəsi qəzaya uğrayıb. Bu hadisədən sonra bir çox aviaşirkətlər 737MAX təyyarəsinin istifadəsindən imtina etdi.
“Boeing” in itkisi ikinci rübdə rekord səviyyəyə çatmışdır (3 milyard dollar). Təyyarə istehsalçısı indiyə qədər bir dənə də olsa 737MAX satmayıb.
Qeyd edək ki, şirkətin kapitallaşması demək olar ki, 25% aşağı düşüb. Rüblük hesabat çıxandan sonra, qiymətli kağızlar daha 3% ucuzlaşıb.
“Boeing” dən zərər görmüş aviaşirkətlərdən biri “Ryanair” olacaq.
İrlandiyanın loukosteri yüzlərlə 737MAX sifariş edib, tədarükün gecikməsi sərnişin dövriyyəsinə təsir göstərir. Sərnişin axınının 10 milyon nəfərdən 5 milyon nəfərə qədər azalması gözlənilir.
Bu yaxında Avropanın ən böyük loukosterlərindən biri gəlirin kəskin azalması barədə məlumat verib. İkinci rübdə xalis mənfəət 21% düşüb. Orta tarif şirkətin gözləntilərindən 6% azdır.
Düşmənin əsas səbəbi yanacağa çəkilən xərclərin artması və Almaniyanın “Lufthansa” şirkəti ilə sərt rəqabət ilə əlaqədar olmuşdur.