27 C
Baku
Saturday, July 27, 2024

“Boeing” Rusiya aviaşirkətlərinə texniki dəstəyi dayandırıb

ABŞ-ın “Boeing” korporasiyası Rusiya aviaşirkətlərinə təyyarələrin ehtiyat hissələrinin tədarükü və texniki xidmətini dayandırır.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü, texniki xidmət və texniki dəstəyi dayandırdıq”, – şirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki, “Airbus” təyyarə istehsalı konserni də bundan öncə Rusiyada mühəndislik sahəsində fəaliyyətinin, həmçinin Rusiya aviaşirkətlərinə dəstək xidmətlərinin dayandırıldığını elan edib. Bundan əlavə, şirkət Rusiya Federasiyasına ehtiyat hissələrinin tədarükünün dayandırıldığını bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər