26 C
Baku
Saturday, July 27, 2024

“Boeing” 737 MAX fəlakətinin qurbanı olmuş şəxslərin ailələrinə $100 mln ayıracaq

“Boeing” şirkəti 737 MAX fəlakətinin qurbanı olmuş şəxslərin ailələrinə 100 milyon dollar ödəyəcək.

Banker.az xəbər verir ki, bu haqda amerikan korporasiyasının rəsmi saytında məlumat verilib.

“Biz hər iki fəlakətdə faciəvi həyat itkisinə təəssüf edirik. Qurbanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Ümid edirik ki, bizim bu addımımız onlara az da olsa təsəlli verəcək”, – deyə şirkətin rəhbəri Dennis Muilenburg bildirir.

Qeyd edildiyi kimi, vəsait qurbanların uşaqlarının təhsilinə, gözlənilməyən xərclərə və digər ehtiyaclara xərclənəcək.

Sərmayə bir neçə il ərzində həyata keçiriləcək. Şirkət yerli hakimiyyət orqanları və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq etməyi planlayır.

Boeing 737 MAX təyyarəsi 2018-ci ilin oktyabr ayında İndoneziyada, mart ayında isə Efiopiyada qəzaya uğrayıb. Qəza nəticəsində dünyasını dəyişmiş insanların sayı müvafiq olaraq 189 və 157 nəfər olub. Bu hadisələrdən sonra bir çox ölkələr  737 MAX modelinin istifadəsindən imtina edib.

2019-cu ilin mayında The Wall Street Journal qəzeti şirkətin təyyarələrin proqram təminatında müəyyən nasazlıqlar aşkar etməsi barədə məlumat verib. Konsern bu problemi 2020-ci ildə aradan qaldırmağı planladığını boynuna alıb.

 

 

Son xəbərlər
Digər xəbərlər