“Boeing” şırkəti “737 MAX” tipli avialaynerlərin istehsalını gələn ilin yanvarından etibarən dayandırmaq qərarına gəlib.
“Boeing” şirkəti istehsalın azaldılmasının mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verəcəyini bildirib.
Qeyd edək ki, 2018-ci il oktyabr və cari ilin martında baş verən, 346 nəfərin ölümünə səbəb olan iki aviaqəzadan sonra “737 MAX” model təyyarələrinin uçuşları dayandırılıb. Qəzalara səbəb olaraq düzgün işləməyən proqram təminatı göstərilib.
©Trend