10 C
Baku
Wednesday, December 11, 2024

“Boeing” şirkəti ABŞ hökumətindən 60 mlrd. dollar istədi

“Boeing” şirkəti ABŞ hökumətinin aerokosmik sənayeni dəstəkləmək üçün azı 60 milyard ABŞ dolları ayırmasını istəyir.

“Kommersant” xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunmuş bəyanatda deyilir.

“Yardım kreditlər üzrə zəmanət şəklində də həyata keçirilməlidir. Bu, aviaşirkətlərə, hava limanlarına, təchizatçılara və istehsalçılara koronavirus səbəbi ilə sərnişin axınının azalması fonunda özünə gəlmək üçün ən vacib yollardan biri olacaq”, – bəyanatda qeyd olunub.

Şirkətdən bildiriblər ki, sənayenin uzunmüddətli perspektivləri hələ də güclüdür, lakin sərnişin axını normal səviyyəyə qayıdana qədər sənayeni və bütövlükdə iqtisadiyyatı dəstəkləmək üçün tədbirlər görmək lazımdır.

Qeyd edək ki, daha əvvəl “Airlines for America” (A4A) ticarət assosiasiyası koronavirus səbəbi ilə milyardlarla dollar itirən ABŞ aviaşirkətlərinin yardım üçün hökumətə müraciət etdiyini açıqlamışdı.

Xatırladaq ki, martın 5-də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pandemiyanın sənayeyə təsir dərəcəsinə dair proqnozunu yeniləyib. Yeni hesabata əsasən, COVID-19-un yayılması səbəbi ilə aviaşirkətlər 2020-ci ilin sonunadək azı 63 milyard ABŞ dolları itirəcəklər. Virusun daha geniş miqyasda yayılması şəraitində itkilər 113 milyard ABŞ dollarına da çata bilər

©Report

Son xəbərlər
Digər xəbərlər