“Boeing” şirkətinin səhmləri 13,4% ucuzlaşıb.
Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
Qlobal aviasiya sənayesinə təzyiq göstərən amillərdən biri COVID-19 koronavirusu olub. Belə ki, epidemiyanın yayılması ilə əlaqədar bir çox aviaşirkət Çinə uçuşları dayandırdı. Qiymətləndirmələrə görə, koronavirus hava nəqliyyatına 113 milyard dollara başa gələ bilər.
Xatırladaq ki, amerikan konserni uzun müddətdir ki, İndoneziya və Efiopiyada 346 sərnişinin ölümü ilə nəticələnən qəzalardan sonrakı böhranın öhdəsindən gəlməyə çalışır.
Bütün bunlar şirkətin səhmlərinə mənfi təsir göstərib.