Bu ilin yanvar-iyun aylarında ABŞ-ın “Boeing” korporasiyasına 258 təyyarə sifariş edilib.
Report agentliyi bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% azdır.
Onun avropalı rəqibi “Airbus” isə 7 ay ərzində müştərilərindən 548 sifariş alıb.