“Boeing” şirkəti Ukrayna şirkətlərinin “Sea Launch” layihəsi çərçivəsində maliyyə öhdəliklərindən azad edildiyini açıqlayıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“ABŞ biznes nümayəndələri ilə görüş zamanı “Boeing” şirkəti Ukrayna şirkətlərini “Sea Launch” layihəsi ilə bağlı 200 milyon dollarlıq öhdəlikdən azad etdiyini açıqlayıb. Ukraynaya dəstək üçün verilmiş vacib qərara görə təşəkkür edirik”, – D.Şmıqal tviter hesabında yazıb.