25 C
Baku
Saturday, July 27, 2024

“Boeing” və “Airbus” 21 mlrd. dollarlıq müqavilə imzalayırlar

Bu gün, iyulun 18-də Böyük Britaniyanın Farnboro şəhərində ənənəvi beynəlxalq hava şousu başlayıb. Xatırladaq ki, son iki ildə koronavirus pandemiyası səbəbindən tədbir keçirilməyib. “Bloomberg”in proqnozlaşdırdığı kimi, iki ən böyük mülki təyyarə istehsalçısı “Boeing” və “Airbus” 21 milyard dollarlıq müqavilə bağlayacaqlar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bundan əlavə, “Airbus” Avropa konsernindən 30-a yaxın təyyarə almaq istəyən “Malaysia Airlines” ilə 10 milyard dollarlıq müqavilə bağlaya bilər. Almaniyanın “Condor Flugdienst” şirkəti isə 40 təyyarə almaq üçün “Airbus” ilə danışıqlar aparır.

“Jet Airways India” və “Royal Air Maroc” kimi bəzi şirkətlər hələ tədarükçü ilə bağlı qərar verməyiblər. “Airbus” və “Boeing” özləri aviaşouda mümkün sövdələşmələri şərh etməkdən çəkinirlər.

Son xəbərlər
Digər xəbərlər