ABŞ-ın “Boeing” korporasiyasının üzləşdiyi problemlər bu il ölkənin ümumi daxili məhsulunu (ÜDM) 0,5% azaldacaq.
Bunu ABŞ-ın Maliyyə naziri Steven Muçin deyib.
Bununla yanaşı, nazir 2020-ci ildə ABŞ-da 2,5% iqtisadi artım proqnozlaşdırdıqlarını bildirib.
Xatırladaq ki, “Boeing 737 MAX” markalı sərnişin təyyarələri ilə bağlı 2018-2019-cu illərdə qeydə alınmış iki qəzadan sonra istehsalçı 50 milyard dollar ziyana düşüb və onların istehsalını dayandırıb.
Report