14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Boeing”in xalis zərəri təxminən 20 dəfə artıb

faizlere

Amerikanın təyyarə istehsalçısı olan “Boeing” 2020-ci ili 11.941 milyard dollar xalis zərərlə başa vurub. Xatırladaq ki, bir il əvvəl bu rəqəm 636 milyon dollar təşkil edib ki, bu da göstəricinin təxminən 20 dəfə artması deməkdir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Şirkətin materiallarında “Boeing”in 2020-ci ildəki gəlirinin 24% azalaraq 58.158 milyard dollara düşməsi qeyd olunur.

Dördüncü rübdə təyyarə istehsalçısının itkisi illik olaraq səkkiz dəfə artıb və 8.049 milyard dollar, ötən ilin eyni dövründə isə 363 milyard dollar təşkil edib.

Xatırladaq ki, daha əvvəl 2020-ci ildə “Boeing”in təyyarələrin tədarükü ilə bağlı 43 illik anti-rekordu qırdığı bildirilmişdir. Korporasiyadan cəmi 157 layner sifariş edilib ki, bu da 2019-cu illə müqayisədə 60% azdır. Ümumilikdə, şirkət 43 737 təyyarə satıb. Verilən məlumata görə, onlardan 27-si 737 MAX olub.

Bildiyimiz kimi, “Boeing 737 MAX” təyyarələrinin uçuşları iki qəza hadisəsindən sonra 2019-cu ilin yazında dayandırılmışdır. Belə ki, qəza nəticəsində “Lion Air” və “Ethiopian Airlines” təyyarələrində 346 nəfər həlak olmuşdur.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi 2020-ci ilin oktyabrında “Boeing 737 MAX” təyyarə modelinin uçuşlarına icazə verib. Noyabr ayında qadağa ABŞ Federal Aviasiya İdarəsi (FAA) tərəfindən də ləğv edilib. Hər iki qurum laynerin təhlükəsizliyini hərtərəfli yoxladığını bildirmişdir.

2020-ci il dekabr ayının sonunda dünyanın ən böyük aviaşirkəti olan “American Airlines”  yenidən 737 MAX təyyarələrinin istismarına başlayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər