“BoF”: Fond menecerlərinin texnologiya səhmlərinə yatırımları 2020-ci ildən bəri ən yüksək həddə çatıb

ABŞ-ın maliyyə qrupu “Bank of America”nın sorğusuna əsasən, fond menecerlərinin texnologiya sektorunun səhmlərinə yatırımları 2020-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə yüksəlib. Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

Sorğuda iştirak edən və texnologiya sektoruna portfelində normadan artıq pay ayıran fond menecerlərinin xüsusi çəkisi sentyabrda 30% olduğu halda, oktyabrda 37%-ə çatıb.

Bununla yanaşı, respondentlərin 45%-i 2027-ci ildə süni intellekt (AI) sahəsində maliyyə köpüyünün yaranacağını gözləyir. İştirakçıların 42%-i isə bu narahatlığı bölüşmür.

Süni intellekt son illərdə səhm bazarının əsas investisiya istiqamətlərindən birinə çevrilib. Texnologiya şirkətlərinin səhmlərinə tələbat S&P 500 indeksinin dördillik yüksəliş dövründə təxminən 120% artmasına töhfə verib.

Bununla belə, investorlar indi süni intellektə yönəldilən böyük həcmli investisiyaların şirkətlərin gəlirlərində özünü doğruldub-doğrultmayacağını qiymətləndirirlər. Bu suallar texnologiya sektoruna dair nikbinliyin bir qədər zəifləməsinə səbəb olur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər