Bank of America Merrill Lynch-in (BofA Merrill Lynch) xammal məhsullarının araşdırılması şöbəsinin rəhbəri Fransisko Blanş belə hesab edir ki, xammal defisiti fonunda ilin sonuna doğru 1 barrel neftin qiyməti 55 dollara qədər artacaq.
Keçən həftə Brent markalı neftin dəyəri 23 iyundan etibarən ilk dəfə olaraq 1 barrel üçün 51 dollar göstəricisini geridə qoydu.
Blanş Bloomberg TV-ə verdiyi müsahibəsində qeyd edib: “Dünya neft bazarı kifayət qədər əhəmiyyətli kəsr ilə dördüncü rübə yaxınlaşır. Defisit fonunda qiymətlərin enəcəyini düşünmək çətindir”.
Neft bazarı daralır, təlabat dayanıqlı olaraq qalır
Analitikin sözlərinə görə, bazarın bərpaolunma sürəti heyrət doğurur. Neft bazarı daralır, lakin tələb dayanıqlı olaraq qalır.
Blanş avqust ayının əvvəlində belə proqnoz vermişdi ki, neft qiymətlərinin enməsi 1 barrel üçün 38-40 dollar çərçivəsində qalacaq, ilin sonuna doğru isə 1 barrel üçün 50 dollar müşahidə ediləcək. O 22 avqust tarixində öz proqnozunu 50 dollardan 55 dollara qaldırdı.
2014-cü ilin yay fəslindən başlayaraq keçən ilin sonuna qədər neft qiymətləri 3 dəfədən artıq enib. Bu dövr ərzində Brent markalı neftin qiyməti 115 dollardan 36 dollara qədər enib. 2016-cı ildə isə hətta 30 dollardan da aşağı göstəricilər qeydə alındı.
Ümumilikdə, neft qiymətlərinin enməsi azalan tələb fonunda neft ehtiyatlarının səviyyəsinin artması ilə əlaqələndirilir. Lakin ekspertlər belə kəskin enməni dolların möhkəmlənməsi də daxil olmaqla, bir sıra maliyyə amiləri ilə əlaqələndirirlər.