Statistika göstərir ki, banklar tərfindən verilən kreditlərin hər zaman böyük bir hissəsi isteklak kreditlərinə aid olub. Lakin ilin əvvəlindən başlayaraq ölkədə istehlak kreditləri azalmağa başlayıb.
Hazırda ölkədə verilən kreditlərin 39,3%-i istehlak kreditlərinin payına düşür. Lakin əvvəlki illərdə bu faiz dərəcəsi daha yüksək idi.
Bu gün ölkədə istehlak kreditləri 8043,4 mln manat təşkil edir. Son bir ay ərzində isə bu rəqəm 154.3 mln manat və yaxud 1.8% azalıb.
Ilin əvvəlindən istehlak kreditlərinin dəyişmə tempi:
Bankların daha çox istehlak kreditlərinin verilməsinə meyl salmaları isə biznes bazarının büdrəməsinə səbəb yaradır. Bu isə təbii ki, ölkə büdcəsinə öz təsirini göstərir. Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri təbii ki, bir çoxlarına məlumdur. İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Yəni istehlak kreditlərin faiz dərəcəsi daha çoxdur.
Onu da qeyd edək ki, istehlak kreditlərinin 2015-ci ildə ötən illər ilə müqayisədə artmasına baxmayaraq, xüsusi çəkisində azalma qeydə alınıb.
Aşağıdakı cədvəldə ötən illərin müvafiq vaxtlarında verilən istehlak kreditləri və xüsusi çəkisi ilə tanış ola bilərsiniz.









