13 C
Baku
Monday, September 30, 2024

Böhran ərəfəsində biznesi düzgün idarə etmək sirləri

Böhran əleyhinə biznesin idarə edilməsi zamanı sahib olmalı olduğunuz əsas ideya atdığınız addımın nələrə gətirib çıxaracağını düşünmədən hərəkət etməməli olduğunuzdur.

Bu zaman ixtisarlar aparmaq gəlirin artırılması məqsədilə atılmış çox da düzgün addım deyil və böhran dövrünü təhlükəsiz şəraitdə keçirəcəyinizə zəmanət vermir. Hər bir şirkətin ixtisarlar xaricində qənaət edə biləcəyi digər sahələr mütlər olaraq vardır.

Şirkətin bütün xərcləri xüsusi diqqət tələb edir. Xərclərin azaldılmasına doğru ilk addım hər mərhələdə bu suallara cavab tapmaqdır: “… (… xərc predmeti) pul xərcləməsəm şirkətimin gəlirinə müsbət və yaxud mənfi təsir edər? Hansı yolla? Xüsusi olaraq hansı sahə üzrə?”. Bu zaman əməkdaşların xərclərlə bağlı müzakirələrdə mümkün qədər az iştirakı məqsədəuyğundur. Belə ki, işçiləriniz sizi əmin etməyə çalışacaqlar ki, bu xərclər olmadan şirkət məhv olacaq. Bu iddiaların 95%-i əsassızdır.

Xərclərlə bağlı məsələdə gəlir formalaşdıran və əməliyyat xərclərini ayırd edin. Gəlir formalaşdıran xərclər  – gəlir əldə edilməsinə və şirkətin gəlirlilik dərəcəsini artırmağa xidmət edən xərclərdir. Məsələn, marketinq, satış posesinin sürətlənməsində iştirak edən şəxslərin əmək haqqısı, istehsalat xərcləri və s. Əməliyyat xərcləri dedikdə isə iş prosesini təmin edən, lakin birbaşa gəlir gətirməyən xərclərdir.

Böhran zamanı məhsul təminatçısı ilə faydalı şəkildə işləmək üçün isə aşağıdakı məsləhətlərdən yararlanmaq lazımdır:

  • Bu dövrdə ilk olaraq sahib olduğunuz ehtiyatlardan istifadə edin və daha sonra yeni alış-verişə başlayın. Bu məsləhəti bir qayda olaraq qəbul etsəniz, məhsul anbarınızda yığılıb qalan məhsulların sayı azalacaq, müştərilərə xidmət və pul axını sürətlənəcək.
  • Daim qiymətin endirilməsi ilə bağlı məhsul təminatçısı ilə razılığa gəlməyə çalışın. Bunun üçün isə 2 üsul var. Birincisi, harda daha ucuz məhsulun olduğunu axtarmaq, ikincisi isə, 1-2 nəhəng məhsul təminatçısı ilə işləməyə başlamaq və böyük həcm üçün endirim tələb etməkdir. Bu variantların effektivlik dərəcəsi sizin məşğul olduğunuz sahədə asılıdır. Bu səbəbdən də özünüzə uyğun gələn variantı özünüz seçin.
  • Məhsul təminatçısı razı olmadıqda, dəfələrlə ona müraciət edin. Onları inandırın ki, qiymətin endirilməsi sizinlə razılığa gəlməyin həlledici şərtidir və inanın ki, çoxları qiyməti endirməyə razı olacaq.

Yeni layihələrə kapital yatırımına gəldikdə isə, Çətin zamanlarda bu proses bir o qədər asan deyil. Bu zaman bütün addımlarınızı diqqətlə təhlil etməli və yalnızca seçdiyiniz strategiya çərçivəsində hərəkət etməlisiniz. Yadda saxlayın ki, imkanlar daim yaranacaq, lakin bütün gücünüz seçdiyiniz istiqamət üzrə yoldan çıxmamaqdan asılıdır.

 

Son xəbərlər
Digər xəbərlər