8 C
Baku
Friday, December 13, 2024

Böhran Azərbaycanın valyuta ehtiyatlarına ciddi təsir edib -İcmal

Qlobal neft bazarında qiymətlərin düşməsi prosesinin Azərbaycanın valyuta ehtiyatlarına təsiri 2014-cü ilin son rübündən başlayıb. 

Analitik qrupu 2014-cü ilin əvvəlindən etibarən neft qiymətlərindəki azalma ilə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada olan aktivlərinin dəyişmə tendensiyasını təhlil edib.

Qeyd edək ki, neft qiymətlərindəki azalma əsasən AMB-nin valyuta ehtiyatlarına mənfi təsir göstərib. Belə ki, 2014-cü ilin III rübünün yekununda 15 mlrd. dollardan yuxarı olan AMB ehtiyatları sonrakı 6 ayda 6 mlrd. dollara yaxın və ya 37% azalaraq 2015-ci ilin ilk rübünün sonuna 9,5 mlrd. dollara geriləyib. Daha sonra, 2016-cı ilin ilk rübünün sonuna qədər, yəni, sonrakı bir ildə azalma sürətlə davam edib və AMB-nin ehtiyatları 4 mlrd. dollar səviyyəsində sabitləşib.

“Bununla yanaşı, ARDNF-in də valyuta ehtiyatları cari ildə 34 mlrd. dollara yaxın səviyyədə qərarlaşıb. Buna səbəb AMB-nin monetar sərtləşdirmə tədbirləri həyata keçirərək, valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq olub”, – deyə analitiklər əlavə ediblər.

Xatırladaq ki, bir neçə gün əvvəl AMB sədri Elman Rüstəmov 2017-ci ildə də monetar siyasətdə sərtləşmənin, yəni manat pul kütləsinin sterilizasiyasının davam etdiriləcəyini bildirib. Lakin Reportun analitik qrupu hesab edir ki, AMB bazardan hazırkı səviyyədən daha çox pul çəkə bilməyəcək: “AMB-nin not yerləşdirilməsi üzrə son hərracında təklif olunan həcmin yalnız 4%-nə tələb olub. Bu da manat kütləsinin bundan artıq azala bilmədiyini göstərir”.

Qeyd edək ki, Azərbaycanda M1 pul aqreqatı (banklardan kənarda nağd pul + manatla tələb olunanadək depozitlər) 2016-cı il noyabrın 1-nə 8 157,7 mln. manat təşkil edib. Bu da son 4 ayın minimal göstəricisidir. Xatırladaq ki, devalvasiyadan sonra M1 pul aqreqatının ən minimal həddi bu ilin yanvarında (6 273,7 mln. manat) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər