Aşağıda böhranın hökm sürdüyü bir dövrdə yaranmış nəhəng şirkətlərin təsis edilmə tarixçəsini təqdim edirik. Belə görünür ki, bu şirkətlərin yaradıcıları riskə getməkdən və məsələyə yaradıcı yanaşmaqdan çəkinməmişlər.
McDonald’s
McDonald’s şirkəti İkinci dünya müharibəsi zamanı, daha dəqiq desək 1940-cı ildə kiçik kafe olaraq fəaliyyətə başlayır. Bu kafe Mak və Dik Donalds qardaşları tərəfindən yaradılır və bu müəssisə onlara ildə 200 min dollar həcmində sabit gəlir qazandırır. Lakin tezliklə restoran rəqabətə dözməyərək batmağa başlayır və qardaşar yeni biznes ideyası axtarmağa məcbur olur.
İlk olaraq restoran özünəxidmət növünə keçirilir, yəni müştərilər artıq özləri özləri üçün masa axtarmalı olacaqdı. Bundan əlavə, qardaşlar təklif edilən məhsul çeşidini 10-a endirir. Lakin onların ən böyük uğuru mətbəxi yenidən təşkil etməkləri olur. Belə ki, onlat mətbəxi bir növ konveyrə çevirir. Bütün bu dəyişikliklə biznesin gəlirinin artmasına səbəb olur və ideyanın ştat sərhədlərindən kənara çıxmasına gətirib çıxarır.
Adidas
Bu şirkətin yaradılması bir daha sübut edir ki, məyus zamanlar məyus qərarlar tələb edir. Adidas şirkətinin devizinin “Qeyri-mümkün mümkündür!” olması da əsassız deyil. Birinci dünya müharibəsindən sonra Almaniyada vəziyyət bərbad idi: iqtisadiyyatın vəziyyəti acınacaqlı idi, işsizlik və aclıq isə baş alıb gedirdi. 1920-ci ildə Dassler ailəsi “sağ qalmaq” üçün ayaqqabı tikilməsi ilə məşğul olan emalatxana açır. Əsas istehsal edilən məhsullar isə avtomobil təkərlərinin qalıqlarından və hərbi mundirlərdən hazırlanırdı.
Ailə 1924-cü ildə 12 işçiyə sahib “Dassler qardaşlarının ayaqqabı fabriki” adlı şirkəti qeydiyyatdan keçirir. Növbəti il isə Adolf Dassler idman ayaqqabısı istehsal etmək barədə yeni ideya haqqında düşünür. İdman ayaqqabılarının istehsalı idman ayaqqabılarında alman standartına çevrilir. Lakin bu zaman İkinci dünya müharibəsi başlanır və hər iki qardaş cəbhəyə yollanır. Müharibədən sonra şirkətlər hər şeyi sıfırdan başlamalı olur. 1948-ci ilin yazında qardaşlar arasında yaranan mübahisədən sonra “Dassler” şirkətini bölmək haqqında qərar verilir. Adolf “Addas” şirkətinin (daha sonradan Adidas adlanır) əsasını qoyur. Onun qardaşı Rudolf isə hazırda Puma adı ilə məşhur olan şirkət ilə məşğul olur. Dassler qardaşları həyatlarının sonuna qədər bir-biriləri ilə danışmadılar. Hazırda şirkətlər arasında olan sərt rəqabətin də əsas səbəbi məhz budur.
Ford
1872-ci ildə irlandiyalı mühacirin oğlu atasının ABŞ-dakı fermasında işləyərkən atdan yıxılır. Bu hadisə gələcəyin nəhəng Ford Motor Company şirkətinin yaranması üçün əsas səbəb olur. Henry Ford daha az zərər yetirə biləcək və atdan daha etibarlı nəqliyyat vasitəsi yaratmaq qərarına gəir.
ABŞ-ın Böyük Depressiya və yenicə bitmiş Vətəndaş müharibəsindən əziyyət çəkdiyi bir vaxtda Henry Ford yeni şirkətin açılışı üçün investor axtarışında idi. 1903-cü ildə 28 min dollar start kapitalı ilə ilk dəfə konveyrdən istifadə edən şirkətin əsası qoyulur. Bu avtomobilin qiymətini endirməyə imkan verirdi. Henry Ford elə onun zavodunda işləyən işçilərin illik gəlir həcmindən çox olmayan dəyərdə olan avtomobil arzusunda idi. Öz sərfəli qiyməti ilə sənayenin bütün tarixi boyu ən məşhur olan “Dəmir Lizzi” məhz bu zaman yaradılır. Henry böhran dövrü olmasına baxmayaraq populyarlıq qazana bilən bir şirkət yaratmağa nail olmuşdu.
Pepsi
Pepsi şirkətinin iki yaranma tarixçəsi var. İçkini ilk dəfə 1893-cü ildə gənc əczaçı Kaleb Bredhem kəşf etmişdir. O 1921-ci ilə qədər mövcud ola bilmiş Pepsi-Cola şirkətini yaratmışdı. Birinci dünya müharibəsi səbəbindən ABŞ-da şəkər bazarı iflasa uğrayır. Kalebin şirkəti müflis olur və yalnızca 7 il sonra, Böyük Depressiya ərəfəsində yeni sahibin, yəni Çarli Gut-un rəhbərliyi altında yenidən bərpa olur. Çarli əsas rəqibi olan Coca-Cola şirkətini geridə qoya bilir. O Coca-Cola şirkətinin istifadə etdiyi içki şüşələrindən iki dəfə böyük olan şüşələrdən istifadə edirdi. Lakin bu ölçü fərqinə baxmayaraq hər iki içkinin dəyəri 5 sent idi.
1953-cü ildə Coca-Cola şirkətinin satış həcmi 3% azaldığı bir vaxtda Pepsi şirkətində bu göstəricilər artmaqda idi. Rəqib məhsulunu yeni qablaşdırmada istehsal etməyə qərar verir. Pepsi-nin isə strategiyasını dəyişməkdən başqa çarəsi yox idi. Bu zaman onlar Coca-Cola-nın əsas fərqindən özünə qarşı istfadə edirlər. Coca-Cola-nın klassikaya üstünlük verdiyinə diqqət çəkərək Pepsi şirkətinin gənclər üçün nəzərdə tutulduğu elan edilir. Bu isə öz növbəsində bəhrəsini verir və içki daha da populyarlıq qazanmaqla satış həcmini artırmağa davam edir.
Hewlett-Packard
Böyük Depressiyanın ən qızğın vaxtında, daha dəqiq desək 1939-cu ildə Stenford universitetinin iki tələbəsi Bill Hewlett və Devid Packard qarajda 538 dollar start kapitalına sahib şirkətin əsasını qoyurlar. Bill və Devid ilk olaraq elektronika istehsalı ilə məşğul olurdular. Məsələn, səs cihazlarının sınaqdan keçirilməsi. Bu məhsulun ilk sifarişçisi isə Disney idi.
40-cı illər müharibə dövrünə təsadüf edirdi. Sualtı alman qayıqlarından zərər görmüş hərbi gəmilərin radarlarla əlaqəli xüsusi cihazlara ehtiyacı var idi. Və HP şirkəti özünü yaxşı mənada sübut etməyi bacarır və şirkət bu sahədə rəqib tanımadığını sübut edir. Bu zaman şirkət 45 nəfər işçiyə sahib olmasına baxmayaraq, gəliri milyon dollara çatırdı.
Hazırda HP şirkəti nəhəng server və ofis texnikası, həmçinin kompüter və notebook istehsalçısıdır.