Amerikanın İnvestisiya bankı olan Lehman Brothers-in iflasından beş il keçir. Məhz bu hadisə 2008-ci ilin sentyabrında maliyyə böhranının başlaması üçün bir təkan olmuşdu. İqtisadçılar və siyasətçilər hadisənin nəticələrini araşdıraraq, müəyyən qənaətə gəlməyə çalışırlar.
Dünya maliyyə sistemini dizi üstündə qoyan Lehman bankrotu, gündəlik məişətə belə bir ifadə gətirdi : “iflas etmək üçün həddindən artıq böyük”. Vergiödəyiciləri xəbər tutdu ki, gələcəkdə çətin dövrlər başlayanda öz vəsaitləri hesabına nəhəng maliyyə institutlarının həyat qabiliyyətini dəstəkləməli olacaqlar.
Son beş il ərzində nəhəng banklar daha da böyüyüb, Mərkəzi Bankın növbəti böhranın nəticələrini aradan qaldırmaq üçün imkanları və qüvvəsi isə artıq tükənib. Lakin prezident Barak Obama Lehman Brothers-in iflasının yubileyinə həsr olunmuş nitqində insanları nikbinliyə kökləməyə çalışırdı.
«Biz gəldik və situasiyanı stabilləşdirdik. Artıq 5 ildir ki, iqtisadi böhran davam edir. Bu müddət ərzində 7,5 mln iş yeri yaradılıb və avtomobil sənayesi dirçəlib. Bank sistemi işləyir və kredit verir. Mən hesab edirəm ki, proqress bütün istiqamətlərdə aydın sezilir” – çıxışında Barak Obama bildirir.
Corc Buşun hakimiyyətinin son illərində baş vermiş Lehman iflası, Birləşmiş Ştatların və eləcə də digər ölkələrin iqtisadiyyatını tənəzzülə sürükləyən bir amil oldu. 2009-cu ilin yanvarında hakimiyyəti təhvil almış Barak Obama administrasiyası situasiyanı düzəltmək üçün ziddiyyətli və bahalı tədbirlər həyata keçirdi. TARP proqramı əsasında xırda və iri bankların xilas edilməsi üçün 250 milyard dollar ayrıldı, sığorta kollapsından qurtulmaq üçün daha 85 milyard dollar AİG sığorta kompaniyasına verildi və kredit bazarlarının köməyinə isə 800 milyard dollar atıldı.
Amma ictimaiyyət tərəqqi görmür. Pew Research mərkəzinin sorğusuna əsasən, amerikalıların yalnız 3-də biri hazırkı iqtisadiyyatın 2008-ci ilə nisbətən daha qorunmuş olduğunu hesab edir. 52% insan isə Barak Obamanı iqtisadi proqramlara görə mühakimə edir.
İnsanlar 1928-ci ildən bəri yoxsullar və zənginlər arasındakı fərqin maksimuma çatmasından narazıdır. Həmçinin bir çoxları hesab edir ki, işsizliyin rəsmi statistikası heç də yeni iş yerlərinin açılması sayəsində 7,3% enməyib, sadəcə iş tapmaq iqtidarında olmayanlar işsizlərin siyahısından çıxarılıb.
Analitiklər də öz məyusluqlarını ifadə edirlər, onlar bildirir ki, böhran sterotipləri sındırdı, şablonları dağıtdı və çoxlu qeyrimüəyyənlik gətirdi.
İnvestorların böhrandan almalı olduğu ən böyük dərs odur ki, əmanətlərin (ehtiyatların) bir çox qiymətli kağız növlərində diversifikasiyanın ən yaxşı olduğu kimi, tamamı ilə diversifikasiyanın olmaması da yaxşıdır” – CFA tədqiqat mərkəzinin direkotu Lorens Siqel deyir.
Öz növbəsində Morningstar investisiya bankının eksperti Bob Conson, qeyd edir ki, bu dəfə nə resessiya, nə də ki sonrakı bərpa mərhələsi şablon xarakteri daşımadı və sonuncu böhranın verdiyi ən vacib dərs odur ki, insanlar daha hakimiyyətin standart tədbirlərinə arxayın olmalı deyillər.
“Əvvəllər Federal ehtiyatlar sistemi şablona uyğun hərəkət edirdi. İkinci dünya müharibəsindən bəri baş vermiş on resessiyadan 9-da, requlyatorlar monetar siyasəti sərtləşdirirdi və bununla inflyasiya zəifləyirdi. Bu həssas sektorlara sirayət edirdi, məsələn avtomobil sənayesi və ya yaşayış yerlərinin inşası və onlar yarım il müddətinə işçiləri evə buraxırdı. Daha sonra hakimlər əyləcləri zəiflədir və iqtisadiyyat ağlamağa başlayırdı, faiz dərəcələri isə düşürdü.” – Bob Conson aydınlıq gətirir.
Bu dəfə məlum olduğu kimi Birləşmiş Ştatlarda resessiyaya faiz dərəcələrini sıfıra qədər endirməklə reaksiya verdilər. Beş il keçməsinə baxmayaraq, ABŞ-da daşınmaz əmlak bazarı ABŞ-da hələ də özünə gəlməyib. Yola saldığımız il ərzində evlərin orta qiyməti əhəmiyyətsiz dərəcədə 237 mindən 257 minə qədər artmışdır, satışların həcmi isə 13% azalmışdır.
Bu dirçəliş mərhələsinin bütün bəhrəsini götürənlərin isə məhz multimilyonçular olması haqqında verilən xəbərlər isə xüsusən təhrif edilmiş şəkildə təqdim edilir. Kaliforniya Universitetindən Emanuel Seyzin və Paris Biznes məktəbindən Tomas Pikettinin araşdırmasına əsasən korporativ gəlirlərin və səhmlərin bahalaşması nəticəsində zənginlərin 1%-i 2009-2013-cü illər ərzində 31% irəliləyə bilmişlər. Qalan 99% isə əvvəlki ilə nisbətdə cəmi 1 faiz zənginləşib. 5 il ərzində əhalinin 90%-nin gəlirləri isə pisləşib.
Windham Capital fondunun sədri Mark Kritzmanın etirafına əsasən, investorlar növbəti böhranın hansı bəlalar gətirə biləcəyini proqnoz etmək iqtidarında deyil. Dünya iqtisadiyyatı böhranlara qarşı həddindən artıq həssas olub.
Ekspertlər böhranın təkrarlanacağına şübhə etmir. Britaniyanın keçmiş naziri Alster Darlinq bildirib ki “Nə qədər ki insanlar heç nədən pul qazanmağın mümkün olduğunu düşünür, onda böhran yenə və yenə də baş verəcək”. Böhranın verdiyi dərslərdən biri odur ki, insanlar nu 5 il ərzində dəyişməyiblər.