Bəzi insanlar təyyarələrlə o qədər səyahət edir ki, adamın buna səyahət deməyə dili gəlmir, sanki onlar elə təyyarələrdə yaşayırlar. Amma həqiqətən də təyyarədə yaşamaq mümkündür, özü də sözün məcazi mənasında deyil, həqiqi mənasında.
Otelə çevrilmiş Boinq-747 Stokholmun Arlanda hava limanının yaxınlığında yerləşir. Hava limanın istənilən bir terminalından №14 şattl (hər 15 dəqiqədən bir) vasitəsi ilə otelə gəlmək mümkündür. Nəzəri baxımdan siz otelə 2-ci terminaldan piyada da gələ bilərsiniz, amma elə də tövsiyə edilmir, buna 20 dəqiqə vaxtınız gedəcək, həm də ki, qarşınıza bir neçə hasarlar çıxacaq ki, onları aşmağa həvəsiniz olmayacaq.