09 fevral 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (əmlaka baxış hər həftənin cümə günü saat 14:00-17:00). Əlaqəli şəxs: Seyidov Şahin (050-235-99-90)
– Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
– Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
– “AqrarKredit” QSC BOKT-un hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.