28 C
Baku
Monday, July 8, 2024

BOKT “ASET Maliyyə Texnologiyaları”nın rəhbəri dəyişib

BOKT “ASET Maliyyə Texnologiyaları” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Vüqar İsmayılov Firudin oğlu bank olmayan kredit təşkilatının direktoru təyin edilib. O, bu vəzifədə Vüqar Adıyev Yəhya oğlunu əvəz edib.

BOKT təkbaşına idarəetmə strukturuna malikdir. V.Adıyev 2023-cü ilin aprelindən bu vəzifədə idi.

Bundan öncə şirkətdə rəhbəri olmuş şəxslərin siyahısı:

  • Şahin Məhərrəmov Milət oğlu
  • Xosrov Axundov Fikrət oğlu
  • Nərgiz İsrafilzadə İyosif qızı
  • Anar Fətəliyev Akif oğlu

Xatırladaq ki, BOKT “ASET Maliyyə Texnologiyaları” MMC 2017-ci ildə təsis edilib, 400 000 manat nizamnamə kapitalı var. BOKT-nin 2023-cü ilə qədər sahibi olan Ülviyyə Sadıqova Adil qızı 100%-lik payını Elçin Bağırov Hüseyn oğluna satıb. E.Bağırov yeganə səhmdardır.

Son xəbərlər
Digər xəbərlər