BOKT auditdən müsbət rəy aldı: aktivlər 60 milyon manatı keçib

Banker.az “İnternational BOKT”un İdarə Heyəti sədrinin müavini Kamil Lətifovla şirkətin audit nəticələri, maliyyə dayanıqlığı, kapital adekvatlığı və istiqraz portfelinin inkişafı barədə müsahibə aparıb. Söhbət zamanı BOKT-un 2025-ci il üzrə maliyyə göstəriciləri, Mərkəzi Bankın normativ tələblərinə uyğun fəaliyyəti və gələcək inkişaf strategiyası müzakirə olunub.

  • Kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?

Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır.

Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.

  •  Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?

 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, ötən illə müqayisədə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.

unnamed scaled
İdarə Heyətinin sədrinin müavini Kamil Lətifov

Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.

Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.

  •   Audit qiymətləndirilməsinə əsasən Təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?

 Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.

  •  Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?

Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.

Kapitalımız 2025 il sonuna 14 154 min AZN təşkil edir. Keçən illə müqayisədə 2 mln artım olubdur. Bu da əsas dayanıqlıq göstəricilərindən biridir.

  •   Audit BOKT-un Mərkəzi Bankın normativ tələblərinə uyğun fəaliyyət göstərdiyini təsdiqləyibmi?

 Bəli. Audit nəticələri təsdiqləyir ki, BOKT fəaliyyətini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş normativ-hüquqi çərçivəyə tam uyğun şəkildə həyata keçirir.

Kapital adekvatlığı, likvidlik, kredit riskləri, hesabatlılıq və digər prudensial göstəricilər üzrə bütün tələblərə riayət olunur. Bu uyğunluq həm maliyyə sabitliyimizin, həm də korporativ məsuliyyət prinsipinə sadiqliyimizin göstəricisidir.

  •  İnformasiya texnologiyaları və kibertəhlükəsizlik riskləri auditin diqqət mərkəzində oldumu? Bu sahədə vəziyyət necədir?

 Bəli, müasir maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ən prioritet istiqamətlərdən biri hesab olunduğu üçün audit prosesində bu sahəyə xüsusi diqqət ayrılıb.

Auditorlar tərəfindən BOKT-un texnoloji infrastrukturu, məlumatların qorunması sistemləri, giriş nəzarəti mexanizmləri və ehtiyat məlumat bazalarının idarə olunması prosedurları qiymətləndirilib. Aparılmış təhlillər nəticəsində mövcud İT infrastrukturunun dayanıqlı və təhlükəsiz olduğu təsdiqlənib.

Müştəri məlumatlarının məxfiliyinin qorunması, sistemlərin fasiləsiz işləməsi və kibertəhlükələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi bizim əsas prioritetlərimizdəndir. Bu istiqamətdə mütəmadi olaraq texnoloji yenilənmələr həyata keçirilir və təhlükəsizlik standartları beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilir. Eynilə pentestlər və kənar audit yoxlamalı aparılır.

 Təşkilatın strategiyası barədə məlumat verin

 Təşkilatın cari strategiyası 2024-2026-cı illəri əhatə edir. Demək olar strategiyamızda nəzərdə tutduğumuz hdəflərimizə çatmışıq. Filial şəbəkəsi , kredit portfeli artmışdır, müştərilərimiz sayı artmış. rəqəmsallaşma istiqamətində addımlar atılmış. Bir çox proseslər avtomatlaşdırılmış. Komandamız böyümüşdür. Strateji partnyorlarımız çoxalmış. İstiqraz portfelimiz artmış. Təşkilatı strukturumuz təkmilləşdirilmiş. Təlim və inkişaf bölməmiz yaradılıb və s.

Qiymətli kağızlar (istiqraz) portfeliniz nə qədərdir və şərtləri necədir?

Təşkilatın 2025-in sonuna istiqraz portfeli 16 mln azn təşkil edir. 2024-l müqayisədə portfeldə 3 mln azn artım olmuşdur. Müştərilərə qiymətli kağızlar üzrə geri ödəmə məbləğimiz 2025-ci ildə 9 511 000 azn tşkil etmişdir.

Cari dövrdə istiqraz portfelimiz 23 mln azn təşkil edir. Bu artım həm investor marağının yüksəlməsi, həm də şirkətin kapital bazarlarında etibarlı iştirakçı kimi qəbul olunmasının nəticəsidir. İstiqraz portfelinin genişlənməsi bizim maliyyə resurslarımızın daha diversifikasiya olunmuş şəkildə idarə olunmasına imkan yaradır və ümumi likvidlik mövqeyimizi gücləndirir.

Şərtlərimiz isə müxtəlif formada olur. Müştərilərə müdətdən asılı olaraq illik 15-18 faiz civarında gəlirlilik təqdim edirik. Ümumilikdə məqsədimiz həm institusional, həm də fərdi investorlar üçün etibarlı, şəffaf və stabil gəlir gətirən investisiya alətləri təqdim etməkdir.

6Y4A0429 scaled

6Y4A0412 scaled6Y4A0631 scaled 6Y4A0629 scaled 6Y4A0626 scaled 6Y4A0622 scaled 6Y4A0620 scaled   6Y4A0428 scaled  6Y4A0031 scaled 6Y4A0034 scaled 6Y4A0170 scaled 6Y4A0174 scaled

Son xəbərlər
Digər xəbərlər