18 C
Baku
Monday, September 29, 2025

BOKT “Azfinans”ın Müşahidə Şurası tam dəyişdi

BOKT “AzFinans” MMC-nin rəhəbərliyində bir sıra dəyişiklər baş tutub.

Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Orxan Məmmədov Kamaləddin oğlu Müşahidə Şurasının üzvü seçilib. O bu vəzifədə Leyla Əliyeva Aslan qızını əvəz edib.

Müşahidə Şurasının digər üzvləri Günay Səlimbəyli İlqar qızı və Nabat Əliyeva Məkbil qızı vəzifələrindən ayrılıblar. Onları bu vəzifədə Mansur Məmmədov Kamaləddin oğlu və Rafayel Muradov Telman oğlu əvəz edib.

Digər mühüm dəyişikliyə əsasən isə, hüquqi ünvanın Bakı şəhəri Yasamal Raypnu İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489 məhəllə, ev 36, mənzil 26-dən yeni, yəni Xətai rayonu, 8 Noyabr pr 15, Azure Biznes Mərkəzi, 8-ci mərtəbə, otaq 45-ə köçürülməsidir.

Şirkəti təkbaşına rəhbər Araz Hüseynzadə İmaməli oğludur.

Xatırladaq ki, BOKT “Azfinans” MMC 2021-ci ildə yaradılıb və 300 min manat nizamnamə kapitalı vardır. BOKT-nin səhmlərinin 100%-i Əliyev İlqar Şükür oğluna məxsusdur.

 

 

Son xəbərlər
Digər xəbərlər