11 C
Baku
Friday, January 24, 2025

BOKT “Azkredit” birjada 300 min manat səhm buraxır

Bank Olmayan Kredit Təşkilatı “Azkredit” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 100 manat olan 3000  ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.

Banker.az bunu BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Hazırda 3000 ədəd olmaqla səhmlərin 100 faizi Mahir Məmmədov İsmayıl oğluna məxsusdur.

BOKT-nin audit olunmuş hesabatına görə son üç ildə xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə 1,330,617 manat, 2022-ci ildə 1,320,449 manat və 2024-cü ildə 1,027,852 manat xalis mənfəət əldə edilib.

Qeyd edək ki, Mərkəzi bankın sondəyişikliyə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.

Son xəbərlər
Digər xəbərlər