BOKT “Azkredit” ASC 2024-cü maliyyə ilini 1 milyon 147,6 min manat xalis mənfəətlə tamamlayıb.
Banker.az xəbə verir ki, bu da da ötən ilin nəticəsi ilə müqayisədə 119,7 min manat və ya 11.6% çoxdur.
Xalis faiz gəlirləri isə 620,5 min manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 241,6 min manat və ya 63.7% artım deməkdir.
Faiz gəlirləri 726,7 min manata yüksəlib, bu da əvvəlki ilin 440,2 min manat göstəricisi ilə müqayisədə 65.1% artım deməkdir. Faiz xərcləri isə 15% azalaraq 33,3 min manata düşüb.
2024-cü ilin sonuna aktivləri 3,2 milyon manat olub, bu da ötən ilin 2,06 milyon manatı ilə müqayisədə 1,13 milyon manat və ya 55% artım deməkdir. Əsas artım müştərilərə verilmiş kreditlərdə müşahidə olunub – bu göstərici 27.3% artaraq 1,87 milyon manatdan 2,38 milyon manata yüksəlib.
Kapital 2024-cü ildə 2,37 milyon manata çataraq, illik 94% və ya 1,15 milyon manat çox olub.