Azərbaycanda bank olmayan kredit təşkilatı bağlanan bankdakı pullarını geri ala bilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, 2021-ci ilin əvvəli BOKT “İdeal Kredit” MMC-nin 271 min manatlıq alacaqları ona tam ödənilib.
Qeyd edək ki, Azərbaycanda bağlanan bankların ləğvedicisi ADIF-dir və o son illərdə əhali ilə yanaşı həmin bankların da kreditorlarına olan öhdəlikləri üçün də ödənişlər həyata keçirir.