26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda BOKT-da iki mühüm dəyişiklik

Azərbaycanda 8 ildir fəaliyyətdə olan “Falcon” Bank Olmayan Kredit Təşkilatı MMC-nin baş mühasibi və daxili audit xidmətinin rəhbəri dəyişib.

Bu barədə Banker.az-a verilən məlumatda deyilir.

Məlumata görə, Daxili audit xidmətinin rəhəbəri Bayramova Aytac Talətdin qızı vəzifəsindən azad edilib. Onun yerinə Salmanova Şəfəq Hənfə qızı təyin edilib.

Baş mühasib Seyfullayev Malik Qardaşxan oğlu da vəzifəsindən azad edilib və onun yerinə Rzayeva Həmidova Azadə Taləddin qızı təyin edilib.

Qeyd edək ki, “Falcon” BOKT 2013-cü ildə yaradılıb və 500 000 manat nizamnamə kapitalı var. Kapitalında hər biri 50% olmaqla  Vüsal Tağıyev Brilyant Salmanovanın payları vardır.

Son xəbərlər
Digər xəbərlər