18 C
Baku
Thursday, May 8, 2025

BOKT “Effektinvest”in mənfəəti və gəlirləri açıqlandı

BOKT “Effektinvest” MMC 2024-cü ili 202 390 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ili 181 624 manat xalis mənfəət ilə bağlamışdır. Belə ki, BOKT-un mənfəəti illik müqayisədə 11.4% artıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il BOKT “Effektinvest” MMC-nin faiz gəlirləri 3 dəfəyə yaxın artaraq 413 339 manat, faiz xərcləri 2 dəfəyə yaxın artaraq 89 660 manat olub.

Hesabat dövründə BOKT-un cəmi aktivləri 2 milyon 170 min manatdan 2 milyon 996 min manata, cəmi öhdəlikləri 988 206 manatdan 1 milyon 652 min manata, cəmi kapitalı isə 1 milyon 182 min manatdan 1 milyon 344 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər