24 C
Baku
Wednesday, October 9, 2024

BOKT “Effektinvest”in maliyyə durumu açıqlandı

Bank Olmayan Kredit Təşkilatı “Effektinvest” MMC 2023-cü ili 181 624 manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 2 864 manat olub ki, bu da illik müqayisədə 63 dəfədən çox artıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Müəssisənin gəlirləri 31 dekabr 2023-ci il tarixdə bitən il üzrə 406 614 manat, xərcləri 180 583 manat təşkil edib. Əvvəlki il ilə müqayisədə BOKT-un gəlirləri 6 dəfə, xərcləri isə 3 dəfə artıb.

31 dekabr 2023-cü il tarixinə BOKT “Effektinvest” MMC-nin cəmi aktivləri 2 milyon 170 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 49% çoxdur. BOKT-un kredit portfeli 1 milyon 243 min manat təşkil edib.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 988 206 manat, cəmi kapitalı isə 1 milyon 182 min manat olub.

Bank Olmayan Kredit təşkilatı “Effektinvest” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş BKT-15 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir.

 

 

Son xəbərlər
Digər xəbərlər