15 C
Baku
Tuesday, April 16, 2024

BOKT “EmbaFinans” 1.5 milyon manat borc cəlb edir: 11.5 faizlə

Riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərən BOKT “EmbaFinans” QSC hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxacaq.

Banker.az bunu BOKT-nin emisya prospektinə istinad edir.

Ümumilikdə istiqrazlardırın dəyəri 1.5 milyon manatdır.

“Hazırki dövrdə kredit təşkilatlarına əsas təsir edən faktorlar olan bazar riskləri və portfel keyfiyyəti kimi faktorlar BOKT “Embafinans” QSC-də qənaətbəxş idarə olunur.

Belə ki təşkilatın portfelində prospektin hazırlandığı tarixə valyuta riski yaradacaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır.”- deyə, prospektdə bildirilir.

BOKT-nin istiqrazlarının tədavül müddəti 18 ay olmaqla 11.5 faiz olacaq.

Xatırladaq ki, BOKT-nin Abbasov Elşad İnşalla oğlu (86%) və Rusiya Federasiyası Polyakova Tamara Başirovnadır (14%). Bir vaxtlar bu BOKT-nin səhmlərinin bir hissəsi iş adamı, deputat Məşhur Məmmədova məxsus olub.

Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri olan risk faktorları:

– Faiz riski – faiz dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski;

– Hesablaşma və kontragent riski- hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri;

– İnflyasiya riski – pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk;

– Əməliyyat riski – daxili proseslər, sistem pozğunluqları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri;

– Kredit riski – borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki

riskləri;

– Likvidlik riski – müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranması mümkünlüyü;

– Təbii risk – insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, fors-major və s.);

– Valyuta riski – valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski.

Son xəbərlər
Digər xəbərlər