10 C
Baku
Sunday, December 22, 2024

BOKT “Embafinans” 3-cü rübdə 5.5 milyon manat mənfəət edib

BOKT “Embafinans” QSC 2024-cü ilin yanvar-sentyabr aylarını 5 milyon 538 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 3 milyon 311 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 67% artması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

9 ayda “Embafinans”ın faiz gəlirləri ötən illə müqayisədə 37% artaraq 12 milyon 383 min manat, haqq və komissiya gəliri 57% artaraq 2 milyon 846 min manat olub.

BOKT BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Cari ilin yanvar-sentyabr aylarında BOKT-un cəmi aktivləri 68 milyon 674 min manat olub ki, əvvəlki ilə nisbətən 9% artımdır. Müştərilərə verilmiş kreditləri 64 milyon 642 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 9% böyüyüb.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT “EmbaFinans” QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər