26 C
Baku
Tuesday, July 23, 2024

BOKT Embafinans-a yeni sədr təyin edildi

Ümumi Yığıncağın qərarı ilə BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib. Bu barədə Banker.az BOKT-un yaydığı məlumata istinadən xəbər verir.

Bağırov Cavid Nadir oğlu 1982-ci ilin Yanvar ayının 2-si Bakı şəhərində anadan olub.

1998 – 2002 –ci illərdə Bakı Dövlət Universitetinin İqtisadi Nəzəriyyə ixtisası üzrə Sosial Elmlər və Psixologiya fakultəsinə daxil olmuşdur, 2002 – 2004-cü illərdə eyni ixtisas üzrə Magistr dərəcəsində təhsil alıb.

2002-ci ildən etibarən “Bank Of Baku” ASC-də əmək fəaliyyətinə başlayıb. 2002 – 2018-ci illər ərzində müxtəlif filiallarda direktor vəzifəsini icra edib.

2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Gəncə filialının direktoru vəzifəsində, daha sonra 2019-cu ildə isə Səbail filialının direktoru vəzifəsində çalışmışdır.

2021-ci ilin Fevral ayında BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədr müavini vəzifəsinə təyin olunur.

“Embafinans-da fəaliyyəti dövründə kredit portfelinin mükəmməlləşməsində, yeni kredit məhsullarının təyin olunmasında bilavasitə əmək və təşəbbüsü olub. Daxili kommunikasiya və komanda ruhunun yüksək olmasına önəm verən Cavid Bağırov, korporativ dəyərlərini və gostərilən xidmət səviyyəsinin daima yüksək olmasını prioritet tutur.

Maliyyə bazarında dinamik inkişafa və öz mövqeyinin bərkidilməsinə doğru gedən Embafinans bugün ölkənin iqtisadi həyatında müsbət imicə nail olmuş şirkət adını qazanmaqda davam edir. Embafinans ailəsi öz növbəsində Cavid Bağırovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir”,- Təşkilatın məlumatında bildirilir.

Son xəbərlər
Digər xəbərlər