Oktyabrın 3-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin faizli, təmin edilməmiş qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Banker.az-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 2 min ədəd, ilkin ticarət qiyməti 1000 manatdır. İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.






