3 C
Baku
Friday, February 28, 2025

BOKT “Embafinans” illik 13% gəlirlilik təklif edən istiqraz buraxır

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.

Banker.az xəbər verir ki, 27 fevral 2025-ci il tarixində verilən qərara əsasən, istiqrazların hər biri 1000 manat olmaqla 2000 ədəd olacaq.

İstiqrazların illik gəlirlilik faizi 13% olmaqla 1 il müddətinə veriləcək. İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) ödənişlər ediləcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2014020609
İstiqrazların növü və forması İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Birqəymətli
İstiqrazların sayı 2,000 ədəd
İlkin ticarət qiyməti 1,000 manat
İstiqrazların buraxılış həcmi 2,000,0000 manat
İllik gəlirlilik faizi 13%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti 1 il
Ticarətə buraxılma tarixi Emitent tərəfindən bildiriləcək
Anderrayter “Unicapital İ.Ş.” QSC
Son xəbərlər
Digər xəbərlər