8 C
Baku
Sunday, November 17, 2024

Bokt “Embafinans” ötən il 5 milyon manatdan çox mənfəət edib

BOKT “Embafinans” QSC 2023-cü ili 5 milyon 325 min manat mənfəətlə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 3 milyon 170 min manat olub ki, bu da illik müqayisədə 68% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Embafinans”ın faiz gəlirləri 48% artaraq 15 milyon 313 min manat, haqq və komissiya gəliri isə 2 dəfə artaraq 131 831 manat olub.

31 dekabr 2023-cü il tarixinə BOKT-un cəmi aktivləri 58 milyon 634 min manat olub ki, əvvəlki ilə nisbətən 35.3% artımdır. Müştərilərə verilmiş kreditləri 51 milyon 380 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 36% böyüyüb.

“Embafinans”ın cəmi öhdəlikləri 40 milyon 40 min manat, cəmi kapitalı isə 18 milyon 594 min manat olub.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT “EmbaFinans” QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

HSBT 2 HSBT 1

 

 

 

Son xəbərlər
Digər xəbərlər