14 C
Baku
Saturday, November 23, 2024

“BOKT Embafinans”ın hansı banklara kredit borcu olduğu məlum olub

“BOKT Embafinans” QSC 2020-ci ildə bank borclarının 5 milyon 587 min manatını, yaxud 31 faizini ödəyib.

Banker.az bu barədə BOKT-un hesabatına istinadla bildirir.

1 yanvar 2021-ci il tarixinə “BOKT Embafinans”ın banklara kredit borcunun həcmi 12 milyon 448 min manat təşkil edib.

Bu borclardan 6 milyon 665 min manatı “PAŞA Bank” ASC-yə olan kredit borcu (bir il əvvəl: 11 milyon 669 min manat) və 5 milyon 785 min manatı isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcdur. ABB qarşısındakı borcun həcmi bir il öncə isə 6 milyon 365 min manat idi.

Qeyd edək ki, “BOKT Embafinans” bu iki bankdan aldığı kreditləri illik 11% ödənişlə götürmüşdü.

Son xəbərlər
Digər xəbərlər