21 C
Baku
Wednesday, April 2, 2025

BOKT “Falcon Finance” idarəetmə formasını dəyişib, rəhbərliyə yeni təyinat olub

BOKT “Falcon Finance” MMC-nin idarəetmə formasını dəyişdirilib və rəhbərliyə yeni təyinat olub.

Banker.az xəbər verir ki, BOKT-nin sahiblərinin yeni qərarı təkbaşına idarəetmə orqanından kollegial idarəetmə orqanına keçid edib.

Belə ki, indiyə qədər Fərid Muradov Vidadi oğlu təkbaşına icra orqanına rəhbərlik edirdisə, bundan sonra İdarə Heyətinin sədri kimi çıxış edəcək.

Elxan Vəkilov Elsevər oğlu isə İdarə Heyətinin üzvü seçilib.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür.

Son xəbərlər
Digər xəbərlər