28 C
Baku
Thursday, May 29, 2025

BOKT “Falcon Finance” ötən il mənfəət əldə edib

BOKT “Falcon Finance” MMC 2024-cü ildə 754 min manata xalis mənfəət əldə etməklə, 2023-cü ildəki 309 min manatı 144% üstələyib. Bununla da nölüşdürülməmiş mənfəət artaraq 1 milyon 43 min manata yüksəlib.

Banker.az xəbər verir ki, faiz gəlirləri 2023-cü ildə 1 milyon 546 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 1 milyon 876 min manata çatıb. Bu isə 21,3% artım deməkdir. Xalis faiz gəliri isə 2024-cü ildə 1 milyon 658 min manat təşkil edib.

Haqq və komissiya gəlirləri 2024-cü ildə 47 min manata, xərclər isə 63 min manata yaxın olub. İnzibati və digər əməliyyat xərclərində isə azalma müşahidə olunub – 2023-cü ildə 800 min manat olan bu göstərici 2024-cü ildə 702 min manata düşüb.

BOKT 2024-cü il ərzində müştərilərə verilmiş kreditlərin həcmi 6 milyon 532 min manata çatıb – bu göstərici 2023-cü ildə 5 milyon 986 min manat idi. Pul vəsaitləri və onların ekvivalentləri isə 30% artaraq 63 min manata yüksəlib.

Cəmi aktivlər 2023-cü ildəki 6 milyon 187 min manatdan 2024-cü ildə 6 milyon 754 min manata çatıb. Cəmi kapital isə 2 milyon 43 min manata yüksəlib.

Bu ildən etibarən, BOKT-nin sahiblərinin yeni qərarı təkbaşına idarəetmə orqanından kollegial idarəetmə orqanına keçid edib. Belə ki, indiyə qədər Fərid Muradov Vidadi oğlu təkbaşına icra orqanına rəhbərlik edirdisə, bundan sonra İdarə Heyətinin sədri kimi çıxış edəcək

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür.

3423432423

Son xəbərlər
Digər xəbərlər