9 C
Baku
Thursday, December 12, 2024

BOKT “Finans Kredit” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Finans Kredit” MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT “Finans Kredit” MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2003023556

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Birqiymətli

İstiqrazın sayı

200 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

200,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

16.07.2024

Anderrayter

“CPM-İnvest İ.Ş.” ASC

Son xəbərlər
Digər xəbərlər