11 C
Baku
Tuesday, November 19, 2024

Ötən il BOKT “FinexKredit”in başı “borc verməyə” qarışıb – Kiçilib, zərər etməyə başlayıb

BOKT “FinexKredit” ASC 2021-ci ildə kredit bazarında mövqe itkisi ilə üzləşib, daha çox başı “borc qaytarmağa” qarışıb və gəlirləri kəskin düşüb.

Banker.az bu barədə BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

On şəxsin birgə kredit biznesi ötən müştərilərə verdiyi kredit portfelini 43% azaldaraq 3.568 mln. manata qədər azaldıb. Bu azalmadan sonra il ərzində aktivlər kiçilərək 8.613 mln. manatdan 5.631 mln. manata düşüb.

BOKT-un 2021-ci il ərzində 2.131 mln. manatlıq borcu 0.873 mln. manata qədər azalmış, buraxılmış qiymətli kağızlar üzrə borcu isə 4.502 mln. manatdan 3.058 mln. manata qədər azalmışdır.

“FinexKredit” 2021-ci ildə 1.163 mln. manatlıq faiz gəliri əldə etmiş (2020: 2.210 mln. manat), 0.598 mln. manat faiz xərci etmişdir. İşçilər üzrə olan xərcləri son ildə 1.053 mln. manatdan 0.973 mln. manata endirilib. Göründüyü kimi xərclərin  azaldılması gəlirlərinin kəskin düşməsini kompensasiya etməyib. İl ərzində 0.312 mln. manatlıq zərər edib.

Bu zərərdən sonra onun balansında 0.113 mln. manatlıq yığılmış zərər yaranıb.

Qeyd edək ki, BOKT 2013-cü ildə yaradılıb və 800 min manat nizamnamə kapitalı var. Kapitalının 18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsusdur.

43243242344234 233233232323

Son xəbərlər
Digər xəbərlər