13 C
Baku
Saturday, April 27, 2024

BOKT “İcraçı Kredit Agentliyi” kredit verə bilmir – İli zərərlə bitirib

Bank olmayan kredit təşkilatı “İcraçı Kredit Agentliyi” MMC 2021-ci ildə maliyyə durumu bir qədər çətinləşib.

Banker.az xəbər verir ki, BOKT 2021-ci ildə 84 min manat (2020:88 min manat) faiz gəliri əldə edib. Hesabat ilində onun inzibati və digər əməliyyat xərcləri 398 min manatdan 340 min manata qədər azaldığı halda “digər” gəlirləri 376 min manatdan 222 min manata qədər azalıb.

BOKT-un öncəki ildəki ehtiyatlara ayrılan kreditlər üzrə zərəri 762 min manatdan 238 min manata enib ki, bu da onu böyük zərərlərdən xilas edib.

Bununla da BOKT 2021-ci ildə 236 min manat zərər edib. Bu zərər öncəki ildə 762 min manat idi. Bu zərərdən sonra onun balansında bölüşdürülməmiş 1 120 min manatdan 964 min manata düşüb.

BOKT “İcraçı Kredit Agentliyi”nin balansını analiz etdikdə məlum olur ki, kredit verməkdə rəhbərlik ehtiyat edir. Məsələn,  kassasında nağd pul vəsaitləri heç 2 min manat deyil. Onun vəsaitlərinin əksəriyyəti “yoldadır”. Yuxarıda qeyd edilən gəlirlərinin də yüksək olmaması onun əsas fəaliyyət istiqaməti olan kredit bazarında mövqe itkisinə səbəb olub. BOKT-un müştərilərə verdiyi kredit portfeli 1 176 min manatdan 939 min manata qədər azalıb.  Burada bir fakt da qeyd edilməlidir ki, BOKT-un 841 min manatlıq hökumət fondları ilə hesablaşmaları var. Cəmi aktivləri isə 1 902 min manat təşkil edir.

Hesabat müddətində BOKT digər banklar qarşısındakı borclarını azaldaraq 118 min manata qədər azaldıb, 10 min manatlıq istiqraz emissiya edib. 18 min manatlıq vergi öhdəliyi qalmaqdadır. “digər” kimi təsbit edilən maliyyə öhdəlikləri 358 min manatdan 424 min manata çatıb. Cəmi öhdəliklərin həcmi 537 min manatdan 570 min manata qədər artıb.

 

45345345345353 213432432432

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər