17 C
Baku
Friday, November 21, 2025

BOKT “İdeal Kredit” 1 milyon manatlıq istiqrazlarına 51 sifariş olub

Bakı Fond Birjasında (BFB) 21 noyabr 2025-ci il tarixində keçirilmiş hərracda BOKT “İdeal Kredit” MMC-nin 10 000 ədəd istiqraz, ilkin qiyməti 100 manat olmaqla, 1 mln manat həcmində satılıb.

Banker.az xəbər verir ki, istiqrazlar 14% kupon faizi ilə 5 illik tədavül müddətinə çıxarılıb. Hər 90 gündə faiz ödəniləcək.

Hərracda 51 investor iştirak etdi. Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “İdeal Kredit” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001019978
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
Kupon faizi 14%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 5 il
Hərrac qiyməti* 100 manat
Reallaşdırılmış həcm 1,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 51
Sifariş sayı 51
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Son xəbərlər
Digər xəbərlər