14 C
Baku
Saturday, November 23, 2024

BOKT “İdeal Kredit” 30 min manatadək cərimələnə bilər

Azərbaycanda lisenziya ilə fəaliyyətdə olan Bank Olmayan Kredit Təşkilatı “İdeal Kredit” MMC barəsində inzibati protokol tərtib edilib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində BOKT barəsində İnzibatı Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-nin 598-ci maddəsi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunvericiliyin pozulması ilə əlaqəlidir.

598.1.1-ci bəndi isə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə tətbiq edilir. Bu maddə Məhkəmədə sübuta yetirlərsə kredit təşkilatı 20 min manatdan 30 min manatadək məbləğdə cərimə edilə bilər.

Qeyd edək ki, bu inzibatı xəta ilə bağlı protokol yazma səlahiyyəti Dövlət Vergilər Xidmətinin idarələrinə aiddir.

Məhkəmə 5 dekabr 2023-cü il tarixinə hakim Gültəkin Əsədovanın sədirliyi ilə keçirləcək.

Son xəbərlər
Digər xəbərlər