BOKT “İdeal Kredit” MMC-nin Müşahidə Şurasında və Audit Komitəsində dəyişiklik olub.
Banker.az xəbər verir ki, Kərimova Leyla Əli qızı Müşahidə Şurasının və Audit Komitəsinin üzvü seçilib.
O, hər iki vəzifədə Nağıyeva Nigar Rasim qızını əvəz edib.
BOKT-nin M.Ş.-nın sədri Orxan Quliyev Yavər oğludur.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-nin təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.