15 C
Baku
Sunday, November 24, 2024

BOKT “İDK” audit hesabatını açıqladı

Əliyar Əsgərova məxsus olan bank olmayan kredit təşkilatı “İDK” MMC 2021-ci ildə xalis mənfəətə çıxıb.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un illik maliyyə hesabatına istinadən xəbər verir.

İllik hesabat üzrə audit rəyində qeyd edilir ki, BOKT il ərzində 226 min manat olmaqla illik müqayisədə 4% az faiz gəliri omuş, 19 min manat qeyri-faiz gəliri, 223 min manat qeyri-faiz xərci olmuşdur.

Bununla da 13 min manat xalis mənfəət əldə edib. Öncəki ildəki zərəri 164 min manat idi. BOKT-un bölüşdürülməmiş mənfəəti artaraq 877 min manat olub.

Ötən ilin iyulunda Əliyar Əsgərov BOKT-un nizamnamə kapitalını 22 min manat artırmaqla 722 min manata çatdırmışdı.

BOKT “İDK” ötən il kiçik kapital onun bazarda mövqeyinə güclü təsir də edə bilməyib. BOKT ötən il kredit portfelini 1 171 min manata çatdırıb, lakin 146 min manat zərər üzrə ehtiyatlara ayırma edib.  Bununla da onun aktivləri 1 668 min manatdan 1 657 min manata düşüb.

3232312312312312 32444545 213123122112

Son xəbərlər
Digər xəbərlər